Yəmən aeroportundakı partlayış nəticəsində 4 əsgər ölüb

Yəmən aeroportundakı partlayış nəticəsində 4 əsgər ölüb Partlayıcı maddə aeroporta sərnişinlərdən biri tərəfindən gətirilib
Digər ölkələr
17 Aprel , 2016 05:56
Yəmən aeroportundakı partlayış nəticəsində 4 əsgər ölüb

Bakı. 17 aprel. REPORT.AZ/Yəmən aeroportunda partlayış baş verib. "Report" xəbər verir ki, hadisə Aden şəhərində olub.

Avtomobildə quraşdırılmış partlayıcı maddənin işə düşməsi nəticəsində 4 əsgər həlak olub.

"Sinxua" agentliyi partlayıcı maddənin aeroporta sərnişinlərdən biri tərəfindən gətirildiyini bildirib. Partlayışın kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi