Bakı. 17 aprel. REPORT.AZ/Yəmən aeroportunda partlayış baş verib. "Report" xəbər verir ki, hadisə Aden şəhərində olub.
Avtomobildə quraşdırılmış partlayıcı maddənin işə düşməsi nəticəsində 4 əsgər həlak olub.
"Sinxua" agentliyi partlayıcı maddənin aeroporta sərnişinlərdən biri tərəfindən gətirildiyini bildirib. Partlayışın kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.