Bakı. 21 sentyabr. REPORT.AZ/ Ötən həftə Yaponiyada 563 nəfər günvurma ilə əlaqədar xəstəxanalara yerləşdirilib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin funksiyasını yerinə yetirən Baş Yanğın İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin cənub regionlarında havanın hərarəti 30 dərəcədən çoxdur. Havanın temperaturunun ötən aylarla müqayisədə yüksək olmasına baxmayaraq, həkimlər gün altında mümkün qədər az gəzməyi, çoxlu maye qəbul etməyi tövsiyə edirlər.
Xatırladaq ki, ötən il Yaponiyada 100-dən çox insan anomal istilərin qurbanı olub, 53 min sakin xəstəxanalara müraciət edib.