Yaponiyada 563 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Yaponiyada 563 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib Həkimlər vətəndaşlara gün altında mümkün qədər az gəzməyi tövsiyə edirlər
Digər ölkələr
21 Sentyabr , 2016 07:03
Yaponiyada 563 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ötən həftə Yaponiyada 563 nəfər günvurma ilə əlaqədar xəstəxanalara yerləşdirilib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin funksiyasını yerinə yetirən Baş Yanğın İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkənin cənub regionlarında havanın hərarəti 30 dərəcədən çoxdur. Havanın temperaturunun ötən aylarla müqayisədə yüksək olmasına baxmayaraq, həkimlər gün altında mümkün qədər az gəzməyi, çoxlu maye qəbul etməyi tövsiyə edirlər.

Xatırladaq ki, ötən il Yaponiyada 100-dən çox insan anomal istilərin qurbanı olub, 53 min sakin xəstəxanalara müraciət edib. 

Son xəbərlər

Orphus sistemi