Bakı. 25 avqust. REPORT.AZ/ Sakit okeanın Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
"Report" "TASS" agentliyinə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri Xatidze adasından şimalda, zəlzələ ocağı 496 kilometr dərinlikdə yerləşib.
Sunami, dağıntı və tələfat barəsində məlumat verilmir.