Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib Sunami, dağıntı və tələfat barəsində məlumat verilmir
Digər ölkələr
25 Avqust , 2016 21:41
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. 25 avqust. REPORT.AZ/ Sakit okeanın Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

"Report" "TASS" agentliyinə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri Xatidze adasından şimalda, zəlzələ ocağı 496 kilometr dərinlikdə yerləşib.

Sunami, dağıntı və tələfat barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi