Bakı. 5 dekabr. REPORT.AZ/ Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri daimi əhalisi olmayan İvodzima adasından 117 km uzaqlıqda yerləşib. Bununla belə, İvodzima adasında Yaponiyaya məxsus hərbi abia baza yerləşir.
Paytaxt Tokio bu adadan 1128 kilometr uzaqlıqda yerləşir.
Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.