Xorvatiya və Serbiyanın qarşılıqlı soyqırım iddiaları rədd edilib

Xorvatiya və Serbiyanın qarşılıqlı soyqırım iddiaları rədd edilib Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin qərarı qətidir və şikayət ərizəsi verilə bilməz
Digər ölkələr
3 Fevral , 2015 16:06
Xorvatiya və Serbiyanın qarşılıqlı soyqırım iddiaları rədd edilib

Bakı. 3 fevral. REPORT.AZ/ BMT Beynəlxalq Məhkəməsi (BM) 1991-1995-ci illərdə baş vermiş münaqişə zamanı Serbiya və Xorvatiyanın soyqırım törətdiyini müəyyənləşdirməyib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Xorvatiya və Serbiya Haaqa tribunalına müraciət edərək, bir-birilərini 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyanın parçalanmasından sonra baş vermiş münaqişə zamanı soyqırım törətməkdə ittiham ediblər. Lakin məsələni araşdıran məhkəmə tərəflərin qarşılıqlı iddialarını rədd edib.

Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin qərarı qətidir və şikayət ərizəsi verilə bilməz. 

Xatırladaq ki, Xorvatiya 1999-cü ildə BMT BM-ə Serbiyanın ünvanına ittihamlarla müraciət edib və müharibə zamanı Belqradı Xorvatiya ərazisində "Xorvatiya vətəndaşlarına qarşı" soyqırım törətdiyini iddia edib. 

Serbiya isə 2010-cu ildə qarşı iddia ilə müraciət edib. Serbiya tərəfinin fikrincə, Xorvatiya hökuməti və qoşunları 1995-ci ilin avqustunda "Tufan" ("Burya") əməliyyatı zaman Kninskaya Kraina Muxtariyyətində serblərə qarşı soyqırım törədib. O zaman tanınmayan Kraina Serb Respublikası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi