Bakı. 21 oktyabr. REPORT.AZ/ Londonda səfərdə olan İranın Xarici İşlər Nazirinin müavini Hoseyn Amir Abdollahian bildirib ki, rəsmi Tehran Suriyadaki hərbi məsləhətçilərin sayını artırıb.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, İran rəsmisi Suriya ərazisində ölkəsinə məxsus hərbi birliklərin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Dəməşq hökümətinin apardığı antiterror əməliyyatlara dəstək verən iranlı məsləhətçilər Suriyada sabitliyin təmin olunmasına xidmət edir.
Rusiya ilə münasibətlər mövzusuna da toxunan Abdollahian: "Moskva ilə strateji əməkdaşlığımız köklüdür və uzun müddətdir davam edir", - deyə qeyd edib.