XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək

XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək "Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər"
Digər ölkələr
18 Dekabr , 2015 20:49
XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa Komissiyasının hesabatına əsasən, müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər.

"Report"un "Qruziya Online"a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında bildirilir.

"Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər", - məlumatda deyilir.

Dekabrın 18-də Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur. 

Son xəbərlər

Orphus sistemi