"WikiLeaks": ABŞ Pan Gi Mun, Merkel və Netanyahunu dinləyib

"WikiLeaks": ABŞ Pan Gi Mun, Merkel və Netanyahunu dinləyib ABŞ Milli Təhlükəsizlik Agentliyi dünyanın aparıcı liderlərini dinləyib
Digər ölkələr
23 Fevral , 2016 10:38
WikiLeaks: ABŞ Pan Gi Mun, Merkel və Netanyahunu dinləyib

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ Milli Təhlükəsizlik Agentliyi dünyanın aparıcı liderlərini dinləyib. Onlar arasında BMT baş katibi Pan Gi Mun, Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Binyamin Netanyahu, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və Fransanın sabiq prezidenti Nikola Sarkozi də olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "WikiLeaks" saytında dərc edilən yeni gizli sənədlərdə məlumat verilir.

Məlumata görə, MTA Pan Gi Mun və Angela Merkelin iqlim dəyişikliyi ilə bağlı söhbətini, Silvio Berluskoniylə Binyamin Netanyahunun söhbətini dinləyib. Bundan əlavə, xülasədə Avropa İttifaqının aparıcı ticarət nazirlərinin yaponiyalı həmkarlarıyla Ümumdünya Ticarət Təşkilatının fəaliyyəti barədə söhbətinin dinlənməsi, eləcə də Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Merkel və Berluskoni ilə qeyri-rəsmi görüşünün detallarına dair sənədlər xatırlanır.

Qeyd edək ki, "WikiLeaks"in ABŞ MTA-nın dünya liderlərini casusluqla nəzarətdə saxlaması barədə məlumatları dəfələrlə diplomatik qalmaqallara səbəb olub.

Son xəbərlər

Orphus sistemi