​Vyanada Suriya üzrə danışıqlar 5 saatdan çox davam edib

​Vyanada Suriya üzrə danışıqlar 5 saatdan çox davam edib Moqerini danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğuna işarə edib
Digər ölkələr
14 Noyabr , 2015 21:14
​Vyanada Suriya üzrə danışıqlar 5 saatdan çox davam edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Vyanada xarici işlər nazirlərinin Suriya üzrə çoxtərəfli görüşü başa çatıb. O, beş saatdan çox davam edib.

“Report” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini məlumat verib.

Onun sözlərinə görə, danışıqların yekunları barədə “tam olaraq Sergey Lavrov və Con Kerri xəbər verəcəklər”.

Yaxın vaxtlarda Rusiyanın XİN rəhbəri, ABŞ-ın dövlət katibi və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Moqerini, həmçinin "Suriyada siyasi prosesi başlamaq olar” deməklə danışıqlar prosesində əhəmiyyətli irəliləyişə işarə edib.

Son xəbərlər

Orphus sistemi