​Vatikanda uşaqbazlıqda müqəssir bilinən keçmiş yepiskop mühakimə olunacaq

​Vatikanda uşaqbazlıqda müqəssir bilinən keçmiş yepiskop mühakimə olunacaq Ötən il o, dini rütbədən məhrum edilib
Digər ölkələr
11 İyul , 2015 19:08
​Vatikanda uşaqbazlıqda müqəssir bilinən keçmiş yepiskop mühakimə olunacaq

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Vatikanda keçmiş yepiskop Yozef Vesolovski yetkinlik yaşına çatmayanlarla cinsi münasibətdə olduğu üçün mühakimə olunacaq.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb .

Yozef Vesolovski 2008- 2013-cü illərdə Dominikan Respublikasında işləyən zaman uşaqlara cinsi zorakılıq etdiyi üçün ittiham olunur. Hazırda o, ev dustağıdır.

Məlumata əsasən, keçmiş yepiskop uşaq pornoqrafiyasına aid materialları saxlamaqda müqəssir bilinir. Ötən il o, dini rütbədən məhrum edilib.

İttihamları etiraf edəcəyi halda 66 yaşlı keçmiş din xadimini 10 il həbs gözləyir.

Son xəbərlər

Orphus sistemi