Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpasına 8 mlrd. dollar tələb olunacaq

Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpasına 8 mlrd. dollar tələb olunacaq Ukraynanın Baş naziri növbəti dəfə separatçıları Donetsk və Luqansk vilayətlərində infrastrukturun qəsdən dağıdılmasında ittiham edib
Digər ölkələr
19 Avqust , 2014 17:26
Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpasına 8 mlrd. dollar tələb olunacaq
Bakı. 19 avqust. REPORT.AZ/ Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun və müəssisələrin bərpa işlərinin dəyəri 8 mlrd. dollara çata bilər. 

Report RİA NOVOSTİ-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk ən iri aqrar məhsul istehsalçıları ilə müşavirədə bildirib. 

"Əgər Donbassda infrastrukturun və digər dağıntıların bərpası üçün biz 8 mlrd. qriven haqqında müzakirələr aparırdıqsa, indi bu rəqəm 8 mlrd. dollara çata bilər" — deyə, Yatsenyuk qeyd edib. 

Çıxışı zamanı o, növbəti dəfə separatçıları Donetsk və Luqansk vilayətlərində infrastrukturun qəsdən dağıdılmasında, eləcə də insanların qətlində ittiham edib.

Son xəbərlər

Orphus sistemi