Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib

Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib Bundan sonra Dnepropetrovsk Dnepr, Dneproderjinsk isə Kamensk adlanacaq
Digər ölkələr
19 May , 2016 13:22
Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib

Bakı. 19 may. REPORT.AZ/ Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adını dəyişərək Dnepr kimi təsdiq edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, şəhərin adının dəyişdirilməsi ideyasını sessiya zalında qeydiyyatdan keçmiş 344 milli vəkilindən 247-si dəstəkləyib. Qərar dekommunizasiya haqqında qanun çərçivəsində həyata keçirilib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Həmçinin, Ali Rada Dneproderjinsk şəhərinin adını dəyişərək Kamensk qoyub.

Son xəbərlər

Orphus sistemi