Yuxarı

Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib

Bundan sonra Dnepropetrovsk Dnepr, Dneproderjinsk isə Kamensk adlanacaq

Bakı. 19 may. REPORT.AZ/ Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adını dəyişərək Dnepr kimi təsdiq edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, şəhərin adının dəyişdirilməsi ideyasını sessiya zalında qeydiyyatdan keçmiş 344 milli vəkilindən 247-si dəstəkləyib. Qərar dekommunizasiya haqqında qanun çərçivəsində həyata keçirilib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Həmçinin, Ali Rada Dneproderjinsk şəhərinin adını dəyişərək Kamensk qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi