Bakı. 12 İyun. REPORT.AZ/ "Twitter" şirkətinin baş direktoru Dik Kostolo vəzifəsini tərk edir.
"Report"-un BBC-yə istinadən verdiyi məlumata görə, şirkətə müvəqqəti olaraq şirkətin həmtəsiçisi Cek Dorsi başçılıq edəcək.
"Twitter"-ə son beş ildə rəhbərlik edən 51 yaşlı Kostolonun istefasının səbəbləri açıqlanmır.
Qey edək ki, 2006-cı ildə ABŞ-da qurulan "Twitter" şirkətinin baş ofisi San-Fransisko şəhərində yerləşir.