​Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub

​Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub Cilvəgözü Sərhəd Qapısından bu gün ilk dəfə olaraq 1000 ton kartof və quru soğan Suriyaya göndərilib
Digər ölkələr
14 İyul , 2016 19:00
​Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Hatay vilayətindən Suriyaya ixracat qarşılığında idxala izazə verilib. İznin verilməsinin ardından Cilvəgözü Sərhəd Qapısından bu gün ilk dəfə olaraq 1000 ton kartof və quru soğan Suriyaya ixrac olunub.

İki ölkə arasında ticarət əlaqələrinin bərpasına Türkiyənin Gömrük və Ticarət Nazirliyi icazə verib. Suriyadan pambıq, mərcimək, paxla kimi məhsulların idxlanın qarşılığında Türkiyədən həmin ölkəyə kartof, soğan, ixrac ediləcək.

Xatırladaq ki, Türkiyə ilə Suriya arasında idxal-ixrac prosesi iki ildir dayanıb.

Son xəbərlər

Orphus sistemi