Tunisdə prezident seçkiləri keçirilib

Tunisdə prezident seçkiləri keçirilib İlkin nəticələrə görə, "Nidaa Tunis" partiyasının 87 yaşlı sədri liderlik edir
Digər ölkələr
24 Noyabr , 2014 11:40
Tunisdə prezident seçkiləri keçirilib

Bakı, 24 noyabr. REPORT.AZ/ Tunisdə 2011-ci il "Ərəb baharı inqilabından" sonra ilk dəfə prezident seçkiləri keçirilib. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə əsas mübarizə "Nidaa Tunis" ("Tunis çağırışı") partiyasının 87 yaşlı lideri Beci Kaid Essebsi və hazırkı müvəqqəti prezident, "Ən-Nahda" hərəkatının lideri Monsef Marzuki arasında olub.

İlkin nəticələrə əsasən, Essebsi 42% səs toplayaraq namizədlər arasında liderlik edir. Marzuki isə 33% səs toplayıb. Qalan namizədlər 10%-lik həddi aşa bilməyiblər.

Seçkilərdə ümumi əhalinin 65%-i iştirak edib.

Tunis prezidentinin seçilməsi üçün səsvermənin ikinci mərhələsinin keçiriləcəyi istisna olunmur.

Son xəbərlər

Orphus sistemi