Tunisdə prezident seçkiləri keçirilir

Tunisdə prezident seçkiləri keçirilir "Ərəb baharı"ndan sonra bu sayca üçüncü azad seçkilərdir
Digər ölkələr
23 Noyabr , 2014 12:23
Tunisdə prezident seçkiləri keçirilir
Bakı. 23 noyabr. REPORT.AZ/ Tunisdə bu gün prezident seçkiləri keçirilir. 2011-ci ilin "Ərəb baharı"ndan sonra bu sayca üçüncü azad seçkilərdir. 

"Report" BBC-yə istinadən xəbər verir ki, 5.3 milyon seçicinin yaşadığı bu ölkədə seçkilərin favoriti oktyabr ayında parlament seçkilərində qalib gələn "Nidaa Tunis" partiyasının nümayəndəsi Beci Kaid Essebsi sayılır. Onun əsas rəqibi - hazırkı prezident Monsef Marzukidir.

Oktyabrın 26-da parlament seçkilərində "Nidaa Tunis" əsas partiyası qalib gəlib. "Ərəb baharı" zamanı hakimiyyətə gələn "Ən-Naxda" islamçı partiyası məğlubiyyətini etiraf edib.

Son xəbərlər

Orphus sistemi