Trampın işinə baxılan məhkəmənin qarşısında naməlum şəxs intihara cəhd edib

Trampın işinə baxılan məhkəmənin qarşısında naməlum şəxs intihara cəhd edib Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Trump Organization” təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı işi üzrə dinləmələrin keçirildiyi məhkəmə binası qarşısında naməlum şəxs intihara cəhd edib.
Digər ölkələr
19 Aprel , 2024 23:42
Trampın işinə baxılan məhkəmənin qarşısında naməlum şəxs intihara cəhd edib

Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Trump Organization” təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı işi üzrə dinləmələrin keçirildiyi məhkəmə binası qarşısında naməlum şəxs intihara cəhd edib.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Hazırda məhkəmədə münsiflər heyətinin seçilməsi prosesi gedir, keçmiş Amerika lideri isə məhkəmə binasındadır. Hadisə Tramp tərəfdarlarının toplaşdığı yerin yaxınlığında baş verib.

İntihara cəhd edənin sağlamlıq vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi