Təyyarələrdə litium-ionlu batareyaların daşınmasına qadağa qoyulacaq

Təyyarələrdə litium-ionlu batareyaların daşınmasına qadağa qoyulacaq Noutbuk və fotokameralarda istifadə olunan standart batareyaları ICAO ekspertləri yanğın təhlükəli hesab edib
Digər ölkələr
23 Fevral , 2016 10:08
Təyyarələrdə litium-ionlu batareyaların daşınmasına qadağa qoyulacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) sərnişin təyyarələrində litium-ionlu batareyaların daşınmasına qadağa qoyub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ICAO ekspertləri noutbuk, smartfon və fotokameralarda istifadə olunan standart batareyaları yanğın təhlükəli hesab etdiyindən onların hava gəmisinin göyərtəsinə aparılmasını yasaqlayıb.

Qərar bu il aprelin 1-dən qüvvəyə minəcək və "təhlükəli yük" üçün yeni standart odadavamlı qablaşdırma hazırlanmayana qədər davam edəcək.

Qadağa ICAO-ya üzv 191 ölkənin hamısı üçün məcburi olacaq.

Son xəbərlər

Orphus sistemi