Texasda neft emalı zavodunda yanğın nəticəsində 7 nəfər xəsarət alıb

Texasda neft emalı zavodunda yanğın nəticəsində 7 nəfər xəsarət alıb Hadisə Bomont şəhərindən 16 kilometr cənub-şərqdə "Sunoco" şirkətinin zavodunda baş verib
Digər ölkələr
13 Avqust , 2016 08:15
Texasda neft emalı zavodunda yanğın nəticəsində 7 nəfər xəsarət alıb

Bakı. 13 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatındakı neft emalı zavodunda baş vermiş yanğın nəticəsində yeddi nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Associeted Press" agentliyi məlumat verib.

Məlumata görə, yanğın hadisəsi Bomont şəhərindən 16 kilometr cənub-şərqdə "Sunoco" şirkətinin zavodunda baş verib.

Həm ofisdə dairəsinin şerifi Cefferson bildirmişlər, dörd nəfər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb, üç nəfər vertolyotla ciddi yanıq xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.

Yanğının səbəbi müəyyənləşdirilir. Yanğın yerli sakinlərin həyatına təhlükə törətmir.

Məlumata görə, yanğın zamanı xəsarət almış 4 nəfər xəstəxanaya yerləşdirilib. Ağır yanıq xəsarətləri almış 3 nəfər isə helikopterlə tibb müəssisəsinə yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi