Terrorçular Hələbdə məscidi atəşə tutub, 15 nəfər ölüb

Terrorçular Hələbdə məscidi atəşə tutub, 15 nəfər ölüb Mərmilər möminlər cümə namazından çıxarkən Molla Xan məscidinə düşüb
Digər ölkələr
29 Aprel , 2016 16:35
Terrorçular Hələbdə məscidi atəşə tutub, 15 nəfər ölüb

Bakı. 29 aprel. REPORT.AZ/ "Cəbhə ən-Nüsrə" terror qruplaşmasının yaraqlıları bu gün Suriyanın şimal paytaxtı sayılan Hələbdə Bab əl-Fərəc yaşayış kvartalını atəşə tutub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Surya" telestansiyası mərmilərin möminlər cümə namazından çıxarkən Molla Xan məscidinə düşdüyünü məlumat verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 15 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi