Terrorçu PKK-nın Fransada​ nümayəndəliyi açılıb

Terrorçu PKK-nın Fransada​ nümayəndəliyi açılıb Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib
Digər ölkələr
24 May , 2016 10:03
Terrorçu PKK-nın Fransada​ nümayəndəliyi açılıb

Bakı. 24 may. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD"-nin Fransada nümayəndəliyi açılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təmsilçiliyin açılışına Fransanın bəzi rəsmiləri də qatılıblar. Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.

Xəbərə görə, Türkiyəyə "terrorçuluğa qarşı mübarizədə sizinlə birlikdəyik" deyən Fransa terrorçu PKK qruplaşmasına yer verən 4-cü Avropa dövlətidir. Bundan əvvəl Almaniya, İsveç və Çexiya hökumətləri öz ölkələrinin ərazilərində terrorçu qruplaşmanın nümayəndəliyinin fəaliyyət göstərməsinə razılıq verib. 

Qeyd edək ki, PKK-çıların Rusiyada da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi