Bakı. 21 yanvar. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində əli bıçaqlı kişi avtobus sərnişinlərinə hücum edib.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Məlumata əsasən, yaralananlardan ikisinin vəziyyəti ağırdır.
Avtobusun sürücüsü də xəsarət alıb. Buna baxmayaraq, o, avtobusu saxlayaraq, sərnişinlərin çıxması və yaralıların daşınması üçün qapını aça bilib.
Basqınçı hadisə yerindən qaçmağa cəhd göstərsə də, polis əməkdaşları onu tutub. Hüquq-mühafizə orqanları hadisəni terror aktı adlandırıblar.
"CNN"in yaydığı məlumatda isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Tulkarmşəhər sakini 23 yaşlı fələstinlidir.