Tbilisidə etirazçılar parlamentə qayıdırlar

Tbilisidə etirazçılar parlamentə qayıdırlar Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlamentin yaxınlığındakı Rustaveli prospektindən ayrılıb və xarici agentlər haqqında qanuna etiraz edənlərin qanunvericilik binasına qayıtmasına icazə veriblər.
Digər ölkələr
14 May , 2024 20:08
Tbilisidə etirazçılar parlamentə qayıdırlar

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlamentin yaxınlığındakı Rustaveli prospektindən ayrılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, "xarici agentlər haqqında" qanuna etiraz edənlərin qanunvericilik binasına qayıtmasına icazə verilib.

Polis bir neçə saat ərzində Rustaveli prospektini bağlamışdı. Etirazçıların bəziləri parlament binasının qarşısındakı dəmir hasara zərər vuraraq onun həyətinə girməyə cəhd etdikdən sonra təhlükəsizlik qüvvələri etirazçıları parlamentdən uzaqlaşdırmışdı. Hətta bir neçə nəfər həbs edilmişdi.

Məlumata görə, nümayişçilərin sayı azaldıqdan sonra DİN qalan etirazçıların parlamentə doğru qayıtmasına və aksiyanı davam etdirməsinə icazə vermək qərarına gəlib. Etirazçılar parlamentin xidməti girişlərinə aparan 9 Aprel və Çiçinadze küçələrində də yer alıblar. Hazırda parlament qarşısında vəziyyət sakitdir.

Son xəbərlər

Orphus sistemi