​Tayvanda zəlzələ qurbanlarının sayı 6 nəfərə çatıb

​Tayvanda zəlzələ qurbanlarının sayı 6 nəfərə çatıb 378 nəfər zərərçəkən xəstəxanalara yerləşdirilib
Digər ölkələr
6 Fevral , 2016 08:44
​Tayvanda zəlzələ qurbanlarının sayı 6 nəfərə çatıb

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanda zəlzələ qurbanlarının sayı 6 nəfərə çatıb, daha 378 nəfər xəstəxanalara yerləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli CTI telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.

Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması işlərini davam etdirirlər. Bunadək 221 nəfərin xilas edildiyi xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi