Bakı. 7 fevral. REPORT.AZ/ Şənbə günü Tayvanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Onlardan 15-i Taynan şəhərində 17 mərtəbəli yaşayış evinin çökməsi nəticəsində ölüb. Təbii fəlakət zamanı 480 xəsarət alıb, 352 nəfər xilas edilib.
150-dən çox insan isə itkin düşmüş sayılır. Bu barədə məlumatı Tayvanın CNA informasiya agentliyi yayıb.
"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, ABŞ geoloji xidmətinin məlumatına görə, 6,4 bal gücündə təkanlar ölkənin cənubunda qeydə alınıb. Zəlzələ ocağı on kilometr dərinlikdə yerləşib.