​Tallin ləğv olunmuş “Estonian Air” şirkətini “Nordic Aviation” ilə əvəzləyib

​Tallin ləğv olunmuş “Estonian Air” şirkətini “Nordic Aviation” ilə əvəzləyib Yeni milli aviaşirkət uçuşlara noyabrın 8-dən başlayacaq
Digər ölkələr
7 Noyabr , 2015 23:30
​Tallin ləğv olunmuş “Estonian Air” şirkətini “Nordic Aviation” ilə əvəzləyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Tallin “Estonian Air” aviaşirkətini “Nordic Aviation” ilə əvəzləyib.

“Report” Estoniya KİV-nə istinadən xəbər verir ki, yeni milli aviaşirkət uçuşlara noyabrın 8-dən başlayacaq.

Aviadaşıyıcı hələ ki, səkkiz istiqamətdə xidmət göstərəcək: Amsterdam, Brüssel, Kopenhagen, Stokholm, Oslo, Kiyev, Tronheym və Vilnüs.

Estoniya hökuməti noyabrın 7-də “Estonian Air” aviaşirkətini ləğv edib. Bu addım dövlət subsidiyasının ödənməsinə təkid edən Avropa Komissiyasının tələbinə əsasən atılıb. Əks təqdirdə Avropa İttifaqının daşınma qaydaları haqqında qanunu pozulmuş olardı.

Son xəbərlər

Orphus sistemi