Tailandda kralın ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan olunacaq

Tailandda kralın ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan olunacaq Ölkədə bütün bayramlar bir ay sonraya təxirə salınacaq
Digər ölkələr
13 Oktyabr , 2016 17:51
Tailandda kralın ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan olunacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Tailand baş naziri Prayut Çan-Oça kral Phumipon Adulyadetin ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, vəzifəli şəxslər üçün matəm artıq sabahdan etibarən qüvvəyə minəcək.

Bundan savayı, ölkənin bütün vətəndaşları üçün 30 günlük matəm dövrü qüvvədə olacaq. Bu müddətdə ölkənin bütün qeyd olunası bayramları bir aylığa təxirə salınacaq, bütün dövlət binalarında və məktəblərdə bayraqlar aşağı salınacaq.

Qeyd edək ki, Tailand kralı Phumipon Adulyadet bu gün 89 yaşında vəfat edib. IX Rama kimi də tanınan mərhum taxt-tac sahibi səltənətin başına 1946-cı il iyunun 9-dan keçmişdi.

Son xəbərlər

Orphus sistemi