Suriyanın İdlib şəhərinin əhalisi bölgəni tərk edir

Suriyanın İdlib şəhərinin əhalisi bölgəni tərk edir İdlib şəhəri ötən şənbə günü terrorçuların nəzarətinə keçib
Digər ölkələr
30 Mart , 2015 00:11
Suriyanın İdlib şəhərinin əhalisi bölgəni tərk edir

Bakı. 30 mart. REPORT.AZ/ Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri ötən şənbə günü terrorçuların nəzarətinə keçdikdən sonra prezident Bəşər Əsədə sadiq qüvvələr yaxın günlərdə əks hücuma keçəcəklərini bəyan ediblər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, qanlı döyüşlərdən ehtiyyat edən əhali evlərini tərk edərək ölkənin digər regionlarına üz tutur.

100 mindən artıq insanın yaşadığı İdlib şəhəri ötən gecə artileriya atəşinə məruz qalıb. Nəticədə çox sayıda dinc sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi