Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyanın Həma şəhərinin mərkəzi meydanında terrorçu-kamikadze özünü partladıb.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, hadisə nəticəsində dinc əhali arasında ölən və yaralananlar var.
Yerli polisin məlumatına görə, üzərində intihar kəməri olan terrorçu-kamikadze özünü şəhərin mərkəzindəki Assi meydanında partladıb.
"Ölən və yaralananlar var, onların sayı müəyyənləşdirilir" - polisdən bildirilib.
Suriya televiziyası isə terror hücumu zamanı iki partlayış olduğunu xəbər verib. İkinci partlayış Əl-Kabir rayonuna girişdə baş verib.
Qeyd edək ki, Həma Suriyanın dördüncü böyük şəhəridir. Hazırda şəhərə hökumət qoşunları tərəfindən nəzarət edilir.