Bakı. 4 İyul. REPORT.AZ/ Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində məsciddə partlayış baş verib.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.
Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə, ölənlər "Əl-Qaidə" terror qruplaşmasının Suriyadakı filialı sayılan "Cəbhat ən-Nusra"nın nümayəndələri olublar. İnsident Erixa şəhərində baş verib. Partlayış zamanı, həmçinin onlarla insan yaralanıb.
Partlayışın səbəbi məlum deyil.