​Suriyada terrorçuların olduğu məscid partlayıb, 10 nəfər ölüb

​Suriyada terrorçuların olduğu məscid partlayıb, 10 nəfər ölüb Hadisə ölkənin İdlib əyalətində baş verib
Digər ölkələr
4 İyul , 2015 07:57
​Suriyada terrorçuların olduğu məscid partlayıb, 10 nəfər ölüb

Bakı. 4 İyul. REPORT.AZ/ Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində məsciddə partlayış baş verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə, ölənlər "Əl-Qaidə" terror qruplaşmasının Suriyadakı filialı sayılan "Cəbhat ən-Nusra"nın nümayəndələri olublar. İnsident Erixa şəhərində baş verib. Partlayış zamanı, həmçinin onlarla insan yaralanıb.

Partlayışın səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi