Suriya parlament seçkilərində rekord namizəd sayı qeydə alınıb

Suriya parlament seçkilərində rekord namizəd sayı qeydə alınıb 11 min namizəd seçkilərdə mübarizəyə başlayıb
Digər ölkələr
14 Aprel , 2016 03:08
Suriya parlament seçkilərində rekord namizəd sayı qeydə alınıb

Bakı. 14 aprel. REPORT.AZ/ Suriyada keçirilmiş parlament seçkilərində namizədlərinm sayında rekord göstərici qeydə alınıb. "Report"un məlumatına görə, bu barədə Suriya Mərkəzi Seçki Komissiyasının sədri Xişam Aş-Şaer məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə 11 min namizəd seçkilərdə mübarizəyə başlayıb. Lakin seçki gününə qədər onların sayı 3,5 min nəfərə qədər azalıb.

Əyalətlər üzrə bölünmüş 250 deputat mandatı uğrunda 3,5 min namizədin mübarizəsi gərgin keçib. Bir sıra müxalifət nümayəndələri seçkiləri boykot edib.

Qeyd edək ki, seçkilər yalnız İŞİD-in nəzarəti altında olan İdlib və Rakka əyalətlərində keçirilməyib. Xalq Şurasıll adlananan parlamentdə ən çox mandatla təmsil olunan Aleppodur (52 mandat) 

Son xəbərlər

Orphus sistemi