Yuxarı

Suriya parlament seçkilərində rekord namizəd sayı qeydə alınıb

11 min namizəd seçkilərdə mübarizəyə başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Suriyada keçirilmiş parlament seçkilərində namizədlərinm sayında rekord göstərici qeydə alınıb. "Report"un məlumatına görə, bu barədə Suriya Mərkəzi Seçki Komissiyasının sədri Xişam Aş-Şaer məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə 11 min namizəd seçkilərdə mübarizəyə başlayıb. Lakin seçki gününə qədər onların sayı 3,5 min nəfərə qədər azalıb.

Əyalətlər üzrə bölünmüş 250 deputat mandatı uğrunda 3,5 min namizədin mübarizəsi gərgin keçib. Bir sıra müxalifət nümayəndələri seçkiləri boykot edib.

Qeyd edək ki, seçkilər yalnız İŞİD-in nəzarəti altında olan İdlib və Rakka əyalətlərində keçirilməyib. Xalq Şurasıll adlananan parlamentdə ən çox mandatla təmsil olunan Aleppodur (52 mandat) 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi