​İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürməyə başlayıb

​İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürməyə başlayıb İki mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb
Digər ölkələr
4 Yanvar , 2015 03:11
​İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürməyə başlayıb
Bakı. 4 yanvar. REPORT.AZ/ İndoneziyanın Sumatra adasının şimalında Sinabunq vulkanı püskürməyə başlayıb.

"Report" xəbər verir ki, ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin məlumatına görə, vulkan külü 3 km yüksəkliyə qədər qalxır.

Qeyd olunur ki, Sinabunqun püskürməsinə adət edən sakinlər özlərini sakit aparırlar. Vulkana yaxın ərazilərin əhalisinin təxliyə prosesi artıq başa çatıb. Ümumilikdə 2 min 400 nəfərdən çox şəxs evini tərk etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi