S&P: Yunanıstan avrozonadan çıxarsa, ölkə iqtisadiyyatı 20 faiz aşağı düşəcək

S&P: Yunanıstan avrozonadan çıxarsa, ölkə iqtisadiyyatı 20 faiz aşağı düşəcək Ekspertlər bunu bankların bir çoxunun bağlanacağı ilə izah edirlər
Digər ölkələr
5 İyul , 2015 09:05
S&P: Yunanıstan avrozonadan çıxarsa, ölkə iqtisadiyyatı 20 faiz aşağı düşəcək

Bakı. 5 iyul. REPORT.AZ/ Standard and Poor’s beynəlxalq reytinq agentliyi ekspertlərinin hazırladığı məruzəyə əsasən, Yunanıstanın avrozonadan çıxacağı təqdirdə ölkə iqtisadiyyatı 20 faiz aşağı düşəcək.

"Report"un əlumatına görə, ekspertlər bunu ölkə bank sisteminin Avropa Mərkəzi Bankının dəstəyi olmadan fəaliyyətini davam etdirməsinin qeyri-mümkünlüyü və bankların bir çoxunun bağlanacağı ilə izah edirlər.

İkinci riskli addım yerli valyutaya keçid ola bilər. Milli valyuta avroya nisbətdə sürətlə ucuzlaşaraq Yunanıstanın borcunun daha da artmasına gətirib çıxaracaq. Ekspertlərin fikrincə, Yunanıstanda baş verə biləcək böhran digər avrozona ölkələrinə təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi