Yuxarı

S&P: Yunanıstan avrozonadan çıxarsa, ölkə iqtisadiyyatı 20 faiz aşağı düşəcək

Ekspertlər bunu bankların bir çoxunun bağlanacağı ilə izah edirlər

Bakı. 5 iyul. REPORT.AZ/ Standard and Poor’s beynəlxalq reytinq agentliyi ekspertlərinin hazırladığı məruzəyə əsasən, Yunanıstanın avrozonadan çıxacağı təqdirdə ölkə iqtisadiyyatı 20 faiz aşağı düşəcək.

"Report"un əlumatına görə, ekspertlər bunu ölkə bank sisteminin Avropa Mərkəzi Bankının dəstəyi olmadan fəaliyyətini davam etdirməsinin qeyri-mümkünlüyü və bankların bir çoxunun bağlanacağı ilə izah edirlər.

İkinci riskli addım yerli valyutaya keçid ola bilər. Milli valyuta avroya nisbətdə sürətlə ucuzlaşaraq Yunanıstanın borcunun daha da artmasına gətirib çıxaracaq. Ekspertlərin fikrincə, Yunanıstanda baş verə biləcək böhran digər avrozona ölkələrinə təsir etməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi