Bakı. 1 sentyabr. REPORT.AZ/ "SpaceX" şirkətinə məxsus "Falcon 9" daşıyıcı raketi Florida ştatında Kanaveral burnunda buraxılış meydançasında partlayıb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, partlayış raketin mühərriklərinin odadavamlılığının yoxlanması zamanı baş verib.
Qeyd edək ki, "Falcon 9" sentyabrın 3-də səhər saatlarında "Amos 6" peykini buraxmağa hazırlaşırdı.