Yuxarı

"SpaceX" şirkətinin "Falcon 9" raketi buraxılış meydançasında partlayıb

Partlayış raketin mühərriklərinin odadavamlılığının yoxlanması zamanı baş verib

Bakı. 1 sentyabr. REPORT.AZ/ "SpaceX" şirkətinə məxsus "Falcon 9" daşıyıcı raketi Florida ştatında Kanaveral burnunda buraxılış meydançasında partlayıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

İlkin məlumatlara görə, partlayış raketin mühərriklərinin odadavamlılığının yoxlanması zamanı baş verib.

Qeyd edək ki, "Falcon 9" sentyabrın 3-də səhər saatlarında "Amos 6" peykini buraxmağa hazırlaşırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi