​Somalidə partlayış olub: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

​Somalidə partlayış olub: 3 nəfər ölüb, 8 nəfər yaralanıb Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
19 Dekabr , 2015 16:18
​Somalidə partlayış olub: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 8 dinc sakin yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli polis mayoru Nur Fərəh bildirib.

Məlumata görə, hadisə avtomobilə qoyulan qurğunun partlaması nəticəsində baş verib.

"Partlayış baş verən ərazidə çoxlu mehmanxana və dükanlar var. Xəsarət alanların çoxu yoldan keçən adi insanlardır", - polis məmuru vurğulayıb.

Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi