Yuxarı

​Somalidə partlayış olub: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib

Bakı. 19 dekabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 8 dinc sakin yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli polis mayoru Nur Fərəh bildirib.

Məlumata görə, hadisə avtomobilə qoyulan qurğunun partlaması nəticəsində baş verib.

"Partlayış baş verən ərazidə çoxlu mehmanxana və dükanlar var. Xəsarət alanların çoxu yoldan keçən adi insanlardır", - polis məmuru vurğulayıb.

Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi