​Somalidə cinayət axtarış idarəsinə hücum nəticəsində 9 nəfər ölüb

​Somalidə cinayət axtarış idarəsinə hücum nəticəsində 9 nəfər ölüb Ölənlərdən 4 nəfəri terrorçudur
Digər ölkələr
31 İyul , 2016 13:25
​Somalidə cinayət axtarış idarəsinə hücum nəticəsində 9 nəfər ölüb

Bakı. 31 iyul. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda cinayət axtarış idarəsinə hücum nəticəsində ən azı 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə bazar günü "Associated Press" məlumat yayıb.

Hücuma görə məsuliyyəti "Əş-Şabab" qruplaşmasının silahlıları öz üzərinə götürüb. Polisin məlumatına görə, 4 terrorçu zərərsizləşdirilib.

AP-nin məlumatına görə, idarə binasının qarşısında iki minalanmış avtomobil partlayıb, ardınca silahlı şəxslər binaya daxil olaraq atəş açmağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi