Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün səfərə yola düşüb.
“Report” xəbər verir ki, o, sabah Putinlə görüşəcək.
Tərəflərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu, 4 ildən sonra Kim Çen Inın ilk xarici səfəridir.