Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib

Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib Sınaq Punqeri nüvə poliqonunda baş tutub
Digər ölkələr
6 Yanvar , 2016 07:55
Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib

Bakı. 6 yanvar. REPORT.AZ/ Şimali Koreya hidrogen bombasını uğurla sınaqdan keçirib.

"Report"un "Gazeta.Ru"ya istinadən xəbər verir ki, qonşu dövlətlərdə yeraltı təkanlara səbəb olan sınaq Punqeri nüvə poliqonunda baş tutub.

Yaponiya və Cənubi Koreya hökümətləri hadisə ilə əlaqədar təcili iclaslar keçirməyə hazırlaşır.   

Dünyada ilk termonüvə partlayışı 1952-ci il noyabrın 1-də ABŞ tərəfindən həyata keçirilib. 12 avqust 1953-cü ildə isə SSRİ ilk neytron bombasını partladıb.

Son xəbərlər

Orphus sistemi