​Səudiyyə Ərəbistanı İsrailə enən və oradan uçan təyyarələrə hava məkanını bağlayıb

​Səudiyyə Ərəbistanı İsrailə enən və oradan uçan təyyarələrə hava məkanını bağlayıb Mülki Aviasiyanın Baş İdarəsi: Bu yasaq "Beynəlxalq mülki aviasiya haqqında" qanuna uyğun olaraq tətbiq edilib
Digər ölkələr
17 Noyabr , 2015 17:39
​Səudiyyə Ərəbistanı İsrailə enən və oradan uçan təyyarələrə hava məkanını bağlayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İsraildən qalxan, bu ölkəyə enən və hava məkanından keçən istənilən təyyarənin krallığın ərazisindən uçmasını qadağan edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı Mülki Aviasiyasının Baş İdarəsi açıqlama yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı İsrail təyyarələrinə krallığın hava məkanından uçmasına icazə verməyəcək: "İsraildən uçan və ya ora enən istənilən təyyarənin Səudiyyə Ərəbsitanının hava sahəsindən uçmasına icazə verilməyəcək. Bu yasaq "Beynəlxalq mülki aviasiya haqqında" qanuna uyğun olaraq tətbiq edilib".

Son xəbərlər

Orphus sistemi