Yuxarı
    Bağlamaq

    ​Səudiyyə Ərəbistanı İsrailə enən və oradan uçan təyyarələrə hava məkanını bağlayıb

    Mülki Aviasiyanın Baş İdarəsi: Bu yasaq Beynəlxalq mülki aviasiya haqqında qanuna uyğun olaraq tətbiq edilib

    Bakı. 17 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İsraildən qalxan, bu ölkəyə enən və hava məkanından keçən istənilən təyyarənin krallığın ərazisindən uçmasını qadağan edib.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı Mülki Aviasiyasının Baş İdarəsi açıqlama yayıb.

    Məlumata görə, Səudiyyə Ərəbistanı İsrail təyyarələrinə krallığın hava məkanından uçmasına icazə verməyəcək: "İsraildən uçan və ya ora enən istənilən təyyarənin Səudiyyə Ərəbsitanının hava sahəsindən uçmasına icazə verilməyəcək. Bu yasaq "Beynəlxalq mülki aviasiya haqqında" qanuna uyğun olaraq tətbiq edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi