​Sərxoş traktor sürücüsü post-patrul maşınını əzməyə çalışıb - VİDEO

​Sərxoş traktor sürücüsü post-patrul maşınını əzməyə çalışıb - VİDEO Traktor az qala bir neçə nəfəri vurub, onlar arasında uşaqlar da olub
Digər ölkələr
31 İyul , 2015 02:45
​Sərxoş traktor sürücüsü post-patrul maşınını əzməyə çalışıb - VİDEO

Bakı. 31 iyul. REPORT.AZ/ Komsomolsk-na-Amure şəhərinin sakini traktorla post-patrul maşınının "yarışı"nın videogörüntüsünü yayıb. Sərxoş sürücü tərəfindən idarə olunan traktor xaotik olaraq küçədə hərəkət edərək insanlar və digər nəqliyyat vasitələri üçün real təhlükə yaradıb.

"Report"un "AmurMedia" İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, traktor az qala bir neçə nəfəri vurub. Onlar arasında uşaqlar da olub. Hadisədən vahimələnən uşaqlar polisə müraciət edib.

Hadisə yerinə gələn polislər qanunu pozan traktor sürücüsünü sakitləşdirməyə çalışıb və onu izləməyə başlayıblar. Təslim olmağı düşünməyən sürücü post-patrul maşınını əzməyə çalışsa da, buna müvəffəq ola bilməyib. 

Son xəbərlər

Orphus sistemi